COP29

Görəsən, yeni Bakı-Sumqayıt yolu nə vaxt çəkiləcək?

26 Sentyabr 07:50 Araşdırma 818
Görəsən, yeni Bakı-Sumqayıt yolu nə vaxt çəkiləcək?

"Hazırda ən böyük tıxac Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi - "20 Yanvar" metrosu hissəsində olur.

Bu yolda günün istənilən saatında tıxac var.

Buna görə də Bakı və Sumqayıt arasında alternativ yol çəkilməlidir".

Bunu bakupost.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

O bildirib ki, 2027-ci ilin sonunadək Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında öz əksini tapıb. Məlumatlar olsa da, layihə hələ ki ictimai müzakirəyə çıxarılmayıb:

“Bakı-Sumqayıt yolunda tıxac dözülməz olduğundan, bu istiqamətdə nəinki bir, hətta bir neçə alternativ yolun yaradılmasına ehtiyac var. Bu, Bakı-Sumqayıt yolunda nəqliyyat yükünün azalmasına səbəb olar. Vaxtılə Sulutəpə və Xocasən qəsəbələrindən keçməklə Yasamal rayonu ərazisində Xarici Dairəvi Yolu ilə birləşən 2-ci şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması müzakirə olunmuşdu. Bu paytaxta alternativ girişi təmin edəcək bir yol olacaqdı. Amma nədənsə hələ ki bu layihədən bir xəbər yoxdur”.

Digər Xəbərlər
Xəbər Lenti