COP29

AFFA-ya xaricdən yeni rəhbər gətirilir - SON DƏQİQƏ XƏBƏRİ

24 Sentyabr 13:00 Araşdırma 4 281
AFFA-ya xaricdən yeni rəhbər gətirilir - SON DƏQİQƏ XƏBƏRİ

AFFA rəhbərliyi texniki direktor vəzifəsinə namizədlərin siyahısını müəyyənləşdirib.

Federasiya bu postu yerli kadrlara tapşırmaq istəmir.

Hər halda siyahıda yer alanların hamısı əcnəbidir.

Qurumdan əldə etdiyimiz informasiyaya görə, onların içində iki nəfər favoritdir. Biri "Sabah"ın futbol akademiyasının koordinatoru və U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiçin atasıdır.

Federasiyanın digər namizədi ispaniyalıdır. Adını hələ dəqiqləşdirə bilməsək də, öyrəndiyimizə görə, onunla danışıqları icraçı vitse-prezident və baş katib Sərxan Hacıyevin özü aparır.

AFFA prezidenti Rövşən Nəcəfin ispanınn təyinatına daha çox təşəbbüs göstərdiyi bildirilir.

Əlqərəz, millinin sabiq qapıçısı Cahangir Həsənzadənin AFFA-dakı fəaliyyəti sona çatmaq üzrədir. Rövşən Nəcəf adıçəkilən funksionerin texniki direktor vəzifəsindən uzaqlaşdırılmasına razılıq verib.

AFFA prezidenti bir neçə aydır bağlı qapılar arxasında aparılan müzakirələrin sonunda Həsənzadənin postundan kənarlaşdırılması, onun yerinə namizədlərin siyahısının müəyyənləşdirilməsi yönündə tapşırıq verib.

Nəcəf bu məsələnin qarşıdakı 1-2 ay ərzində tamalanmasını istəyib.

Texniki direktorun başının üstünü alan qara buludlar Elxan Məmmədovla yaxınlığından qaynaqlanır. O, keçmiş icraçı vitse-prezident və baş katibin ən yaxın kadrlarından sayılır.

Həsənzadə hazırkı vəzifəyə illər öncə məhz Məmmədovun təqdimatıyla gəlib. İkinci 2022-ci ilin mayında AFFA-dan ayrılsa da, tərəflərin münasibətləri yenə qalmaqdadır.

Hazırkı federasiya rəhbərliyi Həsənzadənin daxildə baş verən hadisələr barədə Məmmədovu məlumatlandırmasından şübhələnir. Ona etimad faktiki olaraq yoxdur.

Üstəlik, texniki direktorun fəaliyyət sahələrindən çoxsaylı şikayətlər var. Əsasən də aşağı yaş qrupları üzrə millilərdən.

U-17, U-19 və U-21 Avropa çempionatının seçmə mərhələlərində biabırçı nəticələr göstərib.

Bu yığmalara baş məşqçi və məşqçi təyinatları Həsənzadə tərəfindən edildiyindən, uğursuzluqlar da onun passivinə yazılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti