COP29

Respublikamızda ardıcıl 6 gün iş olmayacaq - Noyabr ayında

07:50 Araşdırma 131
Respublikamızda ardıcıl 6 gün iş olmayacaq - Noyabr ayında

Baş nazir Əli Əsədovun imzaladığı Qərarla noyabrda iş və istirahət günlərinin yeri dəyişdirilib. 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.

Yeni qərarla noyabrda qeyri-iş günlərinin sayı artıb. Belə ki, 8 Noyabr - Zəfər Günü, 9 Noyabr - Dövlət Bayrağı Günüdür.

Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir. 9 noyabr şənbə gününə təsadüf etdiyi üçün həftənin bazar ertəsi - 11 noyabr da qeyri-iş günü olacaq.

Beləliklə, iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar noyabrda 6 gün ardıcıl - 8, 9, 10, 11, 12, 13 qeyri-iş günləri olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM