COP29

“Xəzər Lənkəran"da oynadı, dövlətə “pul” atdı, məhkəməyə verildi

00:30 Araşdırma 122
“Xəzər Lənkəran"da oynadı, dövlətə “pul” atdı, məhkəməyə verildi

Uzun illər Azərbaycanda oynamış əcnəbi futbolçunun vergi orqanlarına borcu yaranıb.

Sportinfo.az xəbər verir ki, Malidən olan yarımmüdafiəçi Sadio Tounkaranın külli miqdarda vergi borcu var.

İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 Saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən Sadio Tounkara barəsində Bakı Kommersiya Məhkəməsinə şikayət verilib.

Məhkəmədə Sadio Tounkara barəsində "Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında" iddia qaldırıb. İşə 26.09.2024-cü ildə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Sadio Tounkara 2011-ci ildə Malinin "Janne d'Arc" klubundan "Xəzər Lənkəran"a keçib

. 2016-cı ilə ölkəmizi tərk edən yarımmüdafiəçi bir müddət Cənubi Kiprin "Enosis" klubunda çıxış edib və Azərbaycana qayıdaraq AZAL-la müqavilə bağlayıb.

Sadio 2017-2019-cu illərdə "Zirə", 2021-2022-ci illərdə "Şamaxı"da çıxış edib. Onun son klubu məhz Şamaxı təmsilçisi olub.

Tounkara 2013-cü ildə "Xəzər Lənkəran"la Azərbaycan Super Kubokunun qalibi olub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 17:20 Berdiyevin "gizli silahı"
19 Sentyabr 16:10 Bu Oyunda Favorit Sənsən!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Sentyabr 11:00 Gerisayım başladı, tələs!
19 Sentyabr 05:00 "Sumqayıt" 3 transfer etdi
19 Sentyabr 02:50 "Quba"ya yenə gələn var