COP29

Bakıda kirayə mənzil axtaranlara MÜHÜM XƏBƏR verildi - VİDEO

17 Sentyabr 08:00 Araşdırma 434
Bakıda kirayə mənzil axtaranlara MÜHÜM XƏBƏR verildi - VİDEO

Bakının kirayə mənzil bazarında bahalaşma davam edir.

Rieltorlar deyirlər ki, tələbatın ilbəil artması kirayə bazarında qiymətlərin də bahalaşmasına səbəb olur.

Bəs qiymət artımı tendensiyası davam edəcəkmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, istismar müddəti bitmiş binalar söküldükcə oranın sakinləri də kirayə mənzil bazarına üz tuturlar. Odur ki, belə vəziyyət qiymətlərə təsir edə bilir. Bu proses 2016-cı ildə başlayıb və hələ də davam edir.

Ekspertin sözlərinə görə, qiymətlər hər il müəyyən qədər artır. Yeni tədris ilinin başlaması da kirayə bazarındakı artımın səbəblərindən biridir.

Ekspert hesab edir ki, tələbat artdığından yaxın gələcəkdə paytaxtın mərkəzə yaxın ərazilərində münasib qiymətə kirayə mənzil tapmaq daha da çətin olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar