COP29

Təhlükəlıidir - Bu yeməklərdən sonra çay və kofe içməyin!

13 Sentyabr 07:30 Araşdırma 383
Təhlükəlıidir - Bu yeməklərdən sonra çay və kofe içməyin!

Bir çoxları yemək yedikdən sonra ağız dadını çay və ya kofe ilə tamamlayır.

Lakin ət və yaşıl yarpaqlı tərəvəzlərin üzərindən bunları içmək tövsiyə edilmir.

Bu barədə “Daily Mail”ə amerikalı əczaçı və dietoloq Debora Qreyson müsahibə verib.

O izah edib ki, bu içkilərin tərkibindəki “polifenol” adlanan kimyəvi maddə qidalardan aldığımız dəmirin qana ötürülməsinə mane olur.

Məlumdur ki, dəmir oksigenin qanda dövranı prosesində mühüm yer tutan elementlərdən biridir.

Bu həm də immun sistemin normal fəaliyyətini təmin edərək və insanların enerjili qalmasına şərait yaradır.

Dəmir əksikliyi adətən yorğunluq, zəiflik, yuxululuq, saç tökülməsi və təkrarlanan soyuqdəymə ilə özünü büruzə verir.

Buna görə də qırmızı ət, brokoli, ispanaq, kələm, kolrabi, rukkola, pazı kimi qidaların üzərindən çay və qəhvə istehlak etmək mineralların parçalanaraq qana keçməsinə çətinlik yaradır.

Dietoloq əlavə edib ki, şərabda olan taninlər və oksalatların da dəmiri bloklayan təsirləri olduğu üçün steykləri də şərabla qəbul etmək tibbi baxımdan doğru sayılmır.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi
21 Dekabr 03:40 Komitədə yeni təyinatlar