COP29

Bir çox xəstəliklərdən xilas olmaq üçün - Hər gün 1 stəkan için

12 Sentyabr 07:30 Araşdırma 318
Bir çox xəstəliklərdən xilas olmaq üçün - Hər gün 1 stəkan için

C vitamini mənbəyi olan portağalın insan sağlamlığına bir çox faydası olduğunu demək olar ki, hər kəs bilir.

Xüsusilə soyuq aylarda immuniteti gücləndirən qidalardan biridir.

Eləcə də portağal çirəsi… Belə ki, hər gün bir stəkan portağal şirəsi içməyin insan sağlamlığına təsirləri açıqlanıb.

1. İmmunitet sistemini gücləndirir.

2. Soyuqdəymə, qrip kimi xəstəliklərə tutulma riskini azaldır.

3. Hüceyrələrin regenerasiyasını dəstəkləyir və hüceyrə zədələnməsinin sürətlə bərpasını təmin edir.

4. Xolesterolu tarazlamağa kömək edir.

5. Şəkər xəstəliyinin mənfi təsirlərinə qarşı bədəni dəstəkləyir.

6. Ürək-damar xəstəlikləri riskini azaldır.

7. Qan azlığından əziyyət çəkənlər üçün faydalıdır.

8. Böyrək daşı əmələ gəlməsi riskini azaldır.

9. Həzm sisteminin sağlam işləməsini dəstəkləyir.

10. Uzun müddət davam edən toxluq hissini təmin edir.

11. Antioksidantlarla dolu olan portağal şirəsi xərçəng kimi xəstəliklərin riskini azaldır.

12. Tərkibindəki antioksidantlar dəridəki qırışları azalda və dərini daha gənc göstərə bilər.

Araşdırmalara görə, portağal suyu hamiləlik zamanı ana və körpənin sağlamlığını dəstəkləyən içkidir. Hamiləlik dövründə sağlam qidalanma vərdişini mənimsəmək və portağal suyunu balanslı şəkildə istehlak etmək ana və körpənin sağlamlığı üçün vacibdir.

Əgər xroniki bir xəstəliyiniz, xüsusən də şəkərli diabetiniz varsa, müntəzəm olaraq dərman istifadə edirsinizsə və ya bədəninizdə portağal kimi məhsullara allergik reaksiyalar varsa, heç vaxt həkiminizlə məsləhətləşmədən portağal suyu istehlak etməməlisiniz. Həkimlər ateroskleroz və hipertoniya, habelə qaraciyər xəstəlikləri zamanı portağal şirəsi içməyi məsləhət görürlər.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?