COP29

"Zirə" fantastik sıçrayış etdi, “Qarabağ“ üzüaşağı getdi - Dünya reytinqində son durum

11 Sentyabr 17:00 Araşdırma 1 025
"Zirə" fantastik sıçrayış etdi, “Qarabağ“ üzüaşağı getdi - Dünya reytinqində son durum

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) sentyabr ayı üçün klubların dünya reytinqini elan edib.

Sportinfo.az xəbər verir ki, siyahıda 500-dən çox klubun adı var.

Onların sırasında Azərbaycandan 4 komanda da yer alıb: "Qarabağ", "Zirə", "Sabah" və "Neftçi".

Azərbaycan klublarından ötən ay yalnız "Zirə" irəliləyişə nail olub.

Ən yaxşı göstərici isə əvvəlkitək "Qarabağ"a məxsudur. Ağdam təmsilçisi 52-ci yeri tutur. Lakin onlar avsqust ayı ilə (34-cü yer) müqayisədə 18 pillə geriləyiblər.

"Zirə" isə düz 69 pillə irəliləyərək 280-cı yerdən 211-ci yerə yüksəlib. Bunda komandanın ötən ay Konfrans Liqasında qazandığı qələbələr əsas rol oynayıb.

"Sabah" 382-ci yerdən 428-ci yerə düşüb (46 pillə geriləmə).

"Neftçi"yə gəlincə, Bakı təmsilçisi də mövqeyini itirib. Avqustda 431-ci olan komanda indi 482-ci yeri tutur (51 pillə geriləmə).

Dünya reytinqinə lideri isə əvvəlkitək "Real" Madriddir. "Mançester Siti" 2-ci, "Bayer" isə 3-cü yeri tutur.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:00 Bütün komanda “tikir”?
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 10:40 Razı qalacaqsız…
17 Sentyabr 03:20 Rus qızı Marina Gəncədə
16 Sentyabr 23:20 Varmı mənə kəm baxan?