COP29

Azərbaycanda ictimai nəqliyyat PULSUZ OLACAQ?

7 Sentyabr 07:20 Araşdırma 734
Azərbaycanda ictimai nəqliyyat PULSUZ OLACAQ?

Bakıda noyabr ayında keçiriləcək COP29 tədbiri zamanı şəhərdəki avtobusların və metronun pulsuz olacağı ilə bağlı fikirlər səslənir.

Qeyd edək ki, Bakının COP29 tədbiri ilə bağlı nəqliyyat planında bir neçə dəyişikliyin olması gözlənilir.

Bu haqda açıqlama verən ekspertlər bildirirlər ki, bəzi yollarda tıxac problemi olmasın deyə gediş-gəliş qaydalarla tənzimlənə bilər, fərdi avtomobillər isə ümumiyyətlə yollara buraxılmaya bilər.

Maraqlıdır, Bakıya gələcək turistlərin şəhərədə rahat və təhlükəsiz hərəkət etməsi baxımından sözügedən nəqliyyat vasitələrinin pulsuz olması həmin plana daxil edilə bilərmi?

Bununla bağlı Referans.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, COP29 tədbirinin turist baxımından özünəməxsus aparıcı kütləsi var. İnsanların tədbir zamanı təhlükəsiz qaydada gediş-gəlişini təmin etmək məsələsi burada ön plana çıxır:

"COP29 -adək biz bir neçə yarışmalar, beynəlxalq tədbirlər keçirmişik. Bizim bunlarla bağlı planlarımız və təcrübəmiz var. Turistlərin daşınması və təhlükəsizliyi üçün onlara avtobus ayrıla bilər. Amma, şəhərdəki avtobusların pulsuz xidmət göstərməsi məsələsinə gəldikdə bildirim ki, ölkəmizdə avtobuslar özəl sərnişin daşıma şirkətlərinin tabeliyindədir. Bu mümkün deyil. Metronun da həmçinin, həmin müddətdə pulsuz işləməsi mümkün deyil. Dəfələrlə bildirilib ki, metro ziyanla işləyir, daşıma xərcini ödəmir. Metro hələ pulludur ziyanla işləyir, pulsuz olsa nə deyərlər? Bu real görsənmir".

Ekspert bildirib ki, turistləri pulsuz olaraq yalnız turist şirkətləri daşıya bilər.

Digər Xəbərlər
Xəbər Lenti
21 Dekabr 18:10 Çək və bizə göndər!
21 Dekabr 11:00 Işiniz AVAND olsun!
21 Dekabr 08:00 Hərbçimiz minaya düşdü
21 Dekabr 04:00 Komissiya sədri seçildi