COP29

Separatçıların işi ilə bağlı Rusiya mediasına danışdı - Kamran Əliyev

6 Sentyabr 08:10 Araşdırma 318
Separatçıların işi ilə bağlı Rusiya mediasına danışdı - Kamran Əliyev

Bakıda saxlanılan Qarabağ separatçılarının işi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Bu barədə Baş prokuror Kamran Əliyev News.ru-ya açıqlamasında məlumat verib.

O, istintaqın yekunlaşdığını və yaxın vaxtlarda materialların məhkəməyə təqdim olunacağını bildirib:

“Hazırda cinayət işinin materialları ilə həm təqsirləndirilən şəxslər, həm də zərərçəkmişlər tanış olurlar. Bilirsiniz ki, bu cinayət işində zərərçəkənlər çoxdur. Bütün istintaq-əməliyyat tədbirləri həyata keçirildikdən sonra iş beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun olaraq mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək ”.

Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçı rejiminə rəhbərlik etmiş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var