Dünyaca məşhur “Goal” nəşrinin versiyasına görə, Braziliya millisinin və “Real"ın hücumçusu Vinisius Junior “Qızıl top”a namizədlər siyahısında birincidir.
Sportinfo.az xəbər verir ki, ilk "beşliy"ə “Mançester Siti”dən Rodri, “Real”dan Cud Bellinqem və Dani Karvaxal, həmçinin “İnter”in hücumçusu Lautaro Martines daxil olublar.
“Real”ın fransalı ulduzu Kilian Mbappe yeddinci, AVRO-2024-ün ən yaxşı gənc futbolçusu Lamin Yamal 12-ci, Lionel Messi 16-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, Rodri, Karvaxal və Yamal İspaniya millisinin tərkibində Avropa çempionu olublar. Finalda ingilislərə 2:1 hesabı ilə qalib gəliblər.
Martines və Messi isə Amerika kubokunun qalibi olublar.
Onu da bildirək ki, Lionel Messi 8 dəfə (2009, 2010, 2011, 2012, 2015, 2019, 2021, 2023) “Qızıl top”u qazanıb və futbol tarixində ən çox bu mükafatı alan futbolçudur.
Vinisius Junior
Rodri
Cud Bellinqem
Dani Karvaxal
Lautaro Martines
Kilian Mbappe
Lamin Yamal
Lionel Messi