COP29

Günə yaxşı başlamaq üçün bunları edin, görəcəksiz ki…

4 Sentyabr 07:30 Araşdırma 253
Günə yaxşı başlamaq üçün bunları edin, görəcəksiz ki…

Səhərlər hansı motivasiya ilə oyanmağımız çox vacibdir.

Çünki səhərə necə başlamağımız günün qalan hissəsini təyin edir, bu da öz növbəsində özümüzü necə hissedəcəyimizə, hərəkətlərimizə və düşüncələrimizə təsir göstərir.

Səhərlər bəzi qaydalara əməl etməklə günümüzü daha enerjili keçirə bilərik.

Beyninizi yormadan günə rahat başlamaq üçün etməli olduğunuz ilk şey, gündəlik hazırlıqlarınızı bir gecə öncədən planlamaqdır. Hansı paltarı geyinəcəyinizi seçin, lazım olduqda onları ütüləyin. Bunları sizə səhərlər özünüzə vaxt ayırmağa fürsət yaradacaq.

Səhər yataqdan qalxmazdan əvvəl hamımızın etdiyi ilk iş telefonu götürməkdir. Dincəlmiş və enerjili bir bədənə sahib olmaq üçün yuxudan oyandıqdan sonra bir müddət telefonunuzdan uzaq durmaq lazımdır. Beyniniz sizi qarşıdakı günə hazırlasın, mümkün qədər sizdən başqa heç bir kənar məlumat qəbul etməsin.

Yuxudan oyandıqdan sonra yataqdan dərhal qalxmayın, bədəninizi tam rahatlaşana qədər bir müddət yataqda uzanın. Günə yaxşı başlamaq üçün sağ, sol, çiyinlərinizi, qollarınızı və ayaqlarınızı mütləq hərəkət etdirin.

Təravətlənmək, yeniləmək və uzun bir günə hazırlaşmaq üçün heç vaxt atlamamalı olduğumuz qayda - 1 stəkan su! Günə hər səhər bir stəkan su içməklə başlamaq, yuxu zamanı yavaşlayan maddələr mübadiləsini sürətləndirəcək, toksinlərin zərərli təsirlərini azaldacaq və günə daha fərah başlamağınıza kömək edəcək.

Səhər rejiminizə 10 dəqiqəlik məşq əlavə edin. Öz səhər idman proqramınızı yarada və heç bir materiala ehtiyac duymadan, sadəcə müəyyən hərəkətləri təkrar etməklə günə aktiv və enerjili başlaya bilərsiniz.

Səhər tam enerjimizi almaq üçün səhər yeməyi mütləqdir. Balanslı və sağlam səhər yeməyi, bütün gün səmərəli keçirmək üçün bədəninizə lazım olan enerjini ötürəcək. Görəcəksiniz ki, 15 dəqiqə tez oyanıb səhər yeməyi yeyib evdən çıxmaq sizə parlaq gözlər, enerjili təbəssüm və pozitiv enerji yükləyəcək.


Digər Xəbərlər
Xəbər Lenti