COP29

Premyer Liqamızda çıxış etmiş gürcülər tarixin ən yaxşıları siyahısında

4 Sentyabr 01:20 Araşdırma 297
Premyer Liqamızda çıxış etmiş gürcülər tarixin ən yaxşıları siyahısında

Gürcüstan çempionatlarında tarixin ən yaxşı bombardirlərinin siyahısı açıqlanıb, ən azı 100 qola imza atan futbolçuların siyahısında vaxtilə Azərbaycanda oynamış futbolçular da yer alıblar.

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçusu Jaba Dvali bu siyahıda 127 qolla 3-cü olub.

"Bakı"da oynamış Giorgi Meqreladze ondan bir top və bir pillə geri qalıb.

105 qolla 11-ci olan Otar Korqalidze "Neftçi"nin formasını da geyinib. "Kəpəz"də legioner həyatı yaşamış Mamuka Xundadze 19-cu yeri tutub - 100 qol.

"100-lər" klubunun ilk pilləsində 216 qol vuran Zurab İonanidze qərarlaşıb

Digər Xəbərlər
Xəbər Lenti