COP29

Yanacağın bahalaşması ölkədə inflyasiyaya necə təsir edəcək?

1 Avqust 07:20 Araşdırma 353
Yanacağın bahalaşması ölkədə inflyasiyaya necə təsir edəcək?

Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Bildirilib ki, inflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır.

Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiyməti artırılıb.

Belə ki, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 1 manat müəyyən edilib.

Digər Xəbərlər
Xəbər Lenti