COP29

Düzgün qidalanmanın yolu - Yayda nə yemək və nəyi yeməmək lazımdır?

28 İyul 08:30 Araşdırma 660
Düzgün qidalanmanın yolu - Yayda nə yemək və nəyi yeməmək lazımdır?

Yay gəlişi ilə istiləri də gətirir. İstidə yemək vərdişləri də dəyişə bilər.

Yayda nə yemək və nəyi yeməmək lazımdır?

Bu sual hamını düşündürür.

1. Yaşıl yarpaqlı tərəvəzlər yeyin

Vücudunuzun müqavimətini artırmaq üçün mövsümi tərəvəz və meyvələrdən istifadə edin. İmmunitet sistemini gücləndirmək üçün gündə 4-5 porsiya tərəvəz və 2-3 porsiya meyvə istehlak etmək vacibdir. Fol turşusu, kalium və C vitamini ilə zəngin olduğu üçün xüsusilə yaşıl tərəvəzlərə üstünlük verilməlidir.

2. Sağlam qidalanma üçün yağlı qidalardan uzaq durun

Qızardılmış və qovrulmuş kimi yağlı qidalar yerinə daha çox qril və ya buxarda bişirilmiş qidaları istehlak edin.

3. Meyvəni həddindən artıq yeməyin

“Sağlam qidalanacam” deyərək meyvəni çox istehlak etməyin. Çünki meyvənin tərkibindəki şəkərin miqdarı sürətli çəki artımına səbəb ola bilər.

4. Su vacibdir

Yayda sağlam qidalanmada diqqət edilməli olan ən vacib məsələ su sərfiyyatıdır. Hər kiloqram çəki üçün 30 ml su istehlak etməyi unutmayın, çünki temperaturun artması ilə bədəndən suyun ifrazı artacaq. Gündəlik su istehlakını 2,5-3 litr civarında saxlamaq sağlamlıq üçün çox vacibdir. Bundan əlavə, idman edərkən daha çox su istehlak etdiyinizə əmin olun.

5. Qazlı içkilər qəbul etməyin

Su ilə yanaşı, maye ehtiyacınızı qarşılamaq və sərinləmək üçün süd, ayran, mineral su, şəkərsiz limonad, soyuq bitki çayları, şəkərsiz kompotlar və təzə sıxılmış meyvə şirəsi kimi içkiləri də seçə bilərsiniz. Qazlı içkilər, həddindən artıq çay və həddindən artıq qəhvə istehlak etməkdən çəkinin.

6.Dörd yarpaqlı yonca modelinin qidalanması

Sağlam bir qidalanma üçün gündəlik istehlakınızda “Dörd yarpaqlı yonca” modelinə əməl edin. Bu, adekvat və balanslı qidalanmanıza kömək edir. 4 əsas qida qrupundan 4 yarpaqlı yonca yaradın. Hər yarpaq 1 qida qrupudur. Bu qruplar; süd və süd məhsulları qrupu (süd, qatıq, ayran), ət-quru paxlalılar-yumurta-pendir, çörək-taxıllı bitkilər qrupu (çörək, makaron, düyü) və meyvə-tərəvəz qrupu.

7. Yaxşı çeynəyin

Toxluq hissi yeməkdən 15-20 dəqiqə sonra hiss olunmağa başlayır. Buna görə də yavaş-yavaş yeməyə diqqət edin.

8. Gigiyenaya diqqət yetirin

Qida zəhərlənməsindən qorunmaq üçün gigiyenaya diqqət yetirin. Yay aylarında artan qida zəhərlənmələri əsasən yüngül və qısa müddətli xəstəliklər olsa da, ağır keçən hallar da ola bilər. Xüsusilə çöldə və ya açıq şəkildə satılan qidaları istehlak etməyin. Tez xarab olan, potensial riskli qidaları (ət, yumurta, süd, balıq və s.) açıq yerdə saxlamayın. Qida alarkən, hazırlayarkən, bişirərkən və saxlayarkən gigiyenaya diqqət yetirin.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...