COP29

Tarixə düşən “amansız” Bakıda!

25 İyul 17:00 Araşdırma 1 067
Tarixə düşən “amansız” Bakıda!

“Zirə”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiya təmsilçisi “DAC-1904" ilə keçirəcəyi ilk oyununun hakimləri məlumdur.

Sportinfo.az UEFA iyulun 25-də "Dalğa Arena"da keçiriləcək görüşü Lüksemburqdan olan hakimlər briqadasına tapşırıb.

Görüşün baş hakimi İvo Torres olacaq. Ona Rafael Morim və Dani Dias kömək edəcək. Dördüncü hakim funksiyasını Jasim Sabotiç yerinə yetirəcək.

38 yaşlı referi dünya futbol tarixinə düşməyi bacaran tək-tük hakimlərdəndir. Niyə?

Belə ki, Torres FİFA dərəcəsinə çox yaxın keçmişdə, cəmi 1 il əvvəl, yəni 37 yaşında yiyələnib.

Bu, hakimlər üçün kifayət qədər gec yaş dövrü hesab olunur. Hərçənd Lüksemburqun yüksək liqasında 31 yaşında debüt etməyə imkan tapıb.

Bu adamın beynəlxalq oyun təcrübəsi cəmi 11 oyundan ibarətdir. Bunun cəmi 3-ü avrokubok matçlarına təsadüf edir. Digərkəri U-17, U-19, U-21 millilərinin və yoldaşlıq görüşlərinin payına düşür.

Torres Lüksemburqda amansız hakim kimi tanınır. Sarı və qırmızı vərəqələr onun ən yaxın dostlarıdır, penalti nöqtəsini göstərmək isə iki vur ikidir.

İndiyə qədər ölkəsinin elitasında idarə etdiyi 113 oyunda futbolçuları 484 sarı, 24 qırmızı vərəqə ilə cəzalandırıb, qapılara 33 dəfə 11 metrlik cərimə zərbəsi təyin edib.

İyulun 25-də keçiriləcək “Zirə” - “DAC-1904" oyunu saat 20:30-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?