COP29

“Qarabağ”ın rəqibi öz meydanında... Mərc həvəskarları bunu bilsin!

23 İyul 19:20 Araşdırma 530
“Qarabağ”ın rəqibi öz meydanında... Mərc həvəskarları bunu bilsin!

“Qarabağ” Çempionlar Liqasının cari mövsümünə ötən il olduğu kimi, bu il də Cəbəllütariqdə start verəcək.

Son Azərbaycan çempionunun rəqibi sözügedən ölkə çempionatının qalibi “Linkoln”dur.

Püşkatmadan sonra azərbaycanlı futbolsevərlər rəqibin adını əsas gətirərək, “Qarabağ”ın rahat mərhələ adlayacağını düşünür. Lakin vəziyyət heç də düşündüyümüz qədər asan deyil.

“Linkoln”un son illərdə avrokuboklar çərçivəsində doğma meydanda keçirdiyi matçlardakı nəticələdə baxanda, təmsilçimizi çətin səfər qarşılaşması gözlədiyini deyə bilərik.

Son 4 mövsümdəki göstəricilərə nəzər salaq:

“Linkoln” – “Priştina” (Kosovo) 3:0

“Linkoln” - “Union Titus Petanj” (Lüksemburq) 2:0

“Linkoln” – “Reyncers” (Şotlandiya) 0:6

“Linkoln” – “Fola” (Lüksemburq) 5:0

“Linkoln” – “ÇFR Kluj” (Rumıniya) 1:2

“Linkoln” – “Slovan Bratislava” (Slovakiya) 1:3

“Linkoln” – “Riqa” (Latviya) 3:1

“Linkoln” – “Kopenhagen” (Danimarka) 0:4

“Linkoln” – PAOK (Yunanıstan) 0:2

“Linkoln” – “Slovan Bratislava” (Slovakiya) 1:4

“Linkoln” – “Şkupi” (Şimali Makedoniya) 2:0

“Linkoln” – “Tobol” (Qazaxıstan) 0:1

“Linkoln” – “Qarabağ” 1:2

“Linkoln” – “Balkani” (Kosovo) 1:3

“Linkoln” - “Hamrun Spartans” (Malta) 0:1

Göründüyü kimi, “qırmızılar” son 4 ildə doğma azarkeşləri önündə 15 oyun keçirib. Bu oyunların 5-də qələbə qazanıb, 10-da məğlub olub.

Uduzduğu görüşlərin 2-də minimal hesabla yenilib. “Linkoln” xüsusən doğma meydandakı matçlarda rəqib qapılarına yol tapmağı bacarır.

Bu o deməkdir ki, “Qarabağ” hər bir halda ehtiyatını gözləməlidir. Mərc oyunlarının həvəskarları üçün “Linkoln”un evdə bərabərə qalmaması da maraqlı fakt kimi qeyd olunmalıdır.

Ümumiyyətlə, bu komanda avrokubok tarixində öz meydanında keçirdiyi 23 qarşılaşmada cəmi 1 dəfə heç-heçəyə razılaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?