COP29

“Zirə”nin rəqibi Bakıda sürpriz seçim etdi

15 İyul 20:00 Araşdırma 5 146
“Zirə”nin rəqibi Bakıda sürpriz seçim etdi

“Şerif”in Azərbaycana səfər planı məlum olub.

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan Tiraspol təmsilçisi Bakıya oyundan bir gün əvvəl təşrif buyuracaq.

İyulun 17-də paytaxtımıza enəcək moldovanlar həmin gün axşam saatlarında qarşılaşmanın keçiriləcəyi “Liv Bona Dea Arena”da matçöncəsi son məşqə çıxacaq.

Qonaqlar sürpriz mehmanxana seçimi ilə diqqət çəkiblər. Onlar məskunlaşmaq üçün məkanı stadionun yerləşdiyi Mərdəkana yaxın yerdə yox, şəhərin mərkəzində kirayələyiblər.

Vaxtilə “Qarabağ”la səfər oyunları üçün xidmətindən istifadə etdikləri “Hilton” oteli bu dəfə moldovanların sərəncamında olacaq.

İyulun 11-də Tiraspolda baş tutan ilk oyunda “Zirə” 1:0 hesabı ilə qələbə qazanıb.

Cavab görüşü iyulun 18-i saat 20:00-da başlayacaq.

HƏBİB /SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti