COP29

“Zirə”nin rəqibi ötən il Avropada - Öz meydanında son 3 oyunda...

10 İyul 23:20 Araşdırma 1 885
“Zirə”nin rəqibi ötən il Avropada - Öz meydanında son 3 oyunda...

“Zirə”nin Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi “Şerif” başa çatan mövsümdə çempionluqdan uzaq düşməklə qınaq obyektinə çevrildi.

Komandada baş verən məşqçi və futbolçu dəyişiklikləri Moldova nəhənginin nəticələrinə öz təsirini göstərməyə bilməzdi.

“Şerif” hər nə qədər zəifləsə, əvvəlki əzəmətindən uzaq düşsə də, avrokubok təcrübəsi kifayət qədər zəngindir. Tiraspollular beynəlxalq arenalarda 161 oyun keçirib. Zirəlilər üçün bu say göstəricisi 6-dır.

“Zirə”nin rəqibi 2023/24 mövsümündə mübarizəyə Çempionlar Liqasından başlayıb. İlk təsnifatda Rumıniya “Farul”unu keçsələr də (3:0, 0:1), növbəti raundda “Makkabi Hayfa”ya ümumi hesabda uduzublar (1:1, 1:4).

Mübarizəyə Avropa Liqasında davam edən “sarılar” üçüncü təsnifat mərhələsində BATE-yə şans yeri qoymayıblar – 5:1, 2:2. Pley-offda isə Kİ-ni (Farer adaları) çətinliklə üstələməklə (2:1, 1:1) qrupa vəsiqə qazanıblar.

Qrupdakı rəqiblərr “Roma” (İtaliya), “Slaviya” (Çexiya) və “Servett” (İsveçrə) olub. “Şerif” keçirdiyi 6 oyunun 5-də məğlub olub, yalnız “Servett”lə Moldovadakı qarşılaşmada bərabərə qalmaqla qrupu 1 xalla sonuncu pillədə başa vurub.

Məhz ötən avrokubok mövsümü ilə bağlı “Zirə”nin lehinə və əleyhinə olan bir neçə maraqlı məqamlar var.

* ”Şerif” öz meydanında keçirdiyi 7 oyunun hamısında rəqib qapılarına yol tapmağı bacarıb – 15 qol.

* “Şerif” öz meydanında keçirdiyi son 3 oyunda qələbə sevincini yaşamayıb – 2 məğlubiyyət, 1 heç-heçə.

* “Şerif” öz meydanında keçirdiyi 7 oyunun 4-nü qələbə ilə başa vurub, 2-də məğlub olub, 1-də bərabərə qalıb.

* “Şerif” öz meydanında BATE-ylə “Farul”u darmadağın edib. Belarus təmsilçisini 5:1, rumınları 3:0 hesabı ilə udub.

İyulun 11-də keçiriləcək “Şerif” – “Zirə” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?