COP29

AFFA prezidenti qərar verməyə çətinlik çəkir – 4-5 namizədi var

10 İyul 17:40 Araşdırma 2 658
AFFA prezidenti qərar verməyə çətinlik çəkir – 4-5 namizədi var

İyulun 12-də AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Toplantı qurumun inzibati binasında gerçəkləşəcək.

Saat 14:30-da başlayacaq iclasın gündəliyinə bir neçə məsələ daxil edilib.

Onlardan biri də Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsidir. AFFA-dan əldə etdiyimiz məlumata görə, ayın 12-də bu komitəyə iki təyinat gözlənilir.

Onlardan biri sədr, digəri komitənin nəzdində fəaliyyət göstərən hakimlər departamentinin rəisi postuna olacaq.

Bilindiyi kimi, federasiya iyunun əvvəlində Barış Şimşek sədr, Cavid Cəlilovu rəis vəzifəsindən kənarlaşdırıb. Ən çox maraq doğuran yeni sədrin kim olmasıdır.

Federasiyadan bildirildiyinə görə, bu kresloya 4-5 namizəd var. Vakant posta yiyələnmək şansı olanlar əsasən əcnəbilərdir.

Yerlilərdən yalnız Vüsal Əliyevin adı çəkilir. Sabiq FİFA referisi illərdir Hakimlər Komitəsində çalışır və rəhbərliklə əla münasibətdədir.

Prezident Rövşən Nəcəf problemli sahənin xarici funksionerlərdən birinə tapşırmaq niyyətindədir. Sadəcə, o, seçim etməyə çətinlik çəkir, tərəddüd içindədir.

Aprelin 2-də AFFA-nın başına keçmiş başqan bilir ki, təkbaşına qərar versə, sonra bütün məsuliyyət öz üzərində qalacaq.

Çünki sabah çempionatda hakimliklə bağlı nə qalmaqal yaransa, onun passivinə yazılacaq, güclü təzyiqlərə məruz qalacaq.

Odur ki, İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini dinləmək, bununla, özünü sığortalamaq yolu tutub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?