COP29

Bu ada diqqət! - Azərbaycan klubları üçün Rusiyada solaxay azərbaycanlı

1 İyul 20:20 Araşdırma 3 372
Bu ada diqqət! - Azərbaycan klubları üçün Rusiyada solaxay azərbaycanlı

Rəsul Hüseynov – bu ad-soyad yaxın gələcəkdə adından söz etdirəcək.

Əslən Qərbi Azərbaycandan olan, lakin Moskvada doğulan gənc futbolçu 2004-ci ilin dekabrında anadan olub.

“Ximki-2”nin əsas fiqurlarından hesab olunan soydaşımız Premyer Liqaya vəsiqə qazanan əsas komandanın ispan baş məşqçisinin nəzarətindədir.

Rəsula “Ximki” ilə məşq etmək, bəlkə də meydana çıxmaq imkanı yaradılacaq. Futbolçunun özü daha çox oynamaq niyyətindədir deyə şans qazanacağı ünvana üz tutmaq istəyir.

Sürətlidir, cinahda fəallığı ilə seçilir, qapı qarşısına müdafiəçilərə xas paralel ötürmələr etməyi yaxşı bacarır.

Hazırda davam edən Rusiyanın II Liqasında “Ximki-2”nin heyətində meydana çıxdığı 11 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan klublarının sol ayağı işlək cinah müdafiəçisi tapmaqda çətinlik çəkdiyi dönəmdə Rəsul Hüseynov Premyer Liqa təmsilçiləri üçün sürpriz tapıntı hesab oluna bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 03:50 Üçü bəsdir? - VİDEO