Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsinə yenidən baxılması nəticəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası xərclərində ciddi artım ediləcək.
Yeni büdcə layihəsində qeyd olunan xərclərin 1 milyard manatdan çox artırılması nəzərdə tutulur.
Artım nəticəsində işğaldan azad olunan ərazilərin bərpasına ayrılacaq vəsaitlərin məbləği 3 milyard 825 milyon manatdan 4 milyard 855,8 milyon manata çatdırılacaq.