COP29

Dilini dinc saxlaya bilməyən 3 futbolçu və onları... Cəza tədbiri

24 May 23:20 Araşdırma 482
Dilini dinc saxlaya bilməyən 3 futbolçu və onları... Cəza tədbiri

AFFA-nın İntizam Komitəsi Azərbaycanın I və II Liqalarında çıxış edən üç futbolçunu 4 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

I Liqanın XXVII turu çərçivəsində mayın 22-də baş tutan “Difai Ağsu” - “Zaqatala” görüşünün 33-cü dəqiqəsində qonaqların futbolçusu Roini İsmayılov təcavüzkar davranışa (rəqibi vurduğuna) görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Fubolçunun bu hərəkətinə görə klub 300 manat cərimələnib.

II Liqanın XXVI turu çərçivəsində mayın 20-də baş tutan “Dinamo” - “Sheki City” qarşılaşmasında meydan sahiblərindən Şahin Əliyev, qonaqlardan isə Sərcan Omarov eyni cəzaya məruz qalıblar.

Hər iki futbolçu təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Həm “Sheki City”, həm də “Dinamo” 300 manat cərimələnib.

İntizam Komitəsi Əvəzedicilər Liqasında çıxış edən “Zirə-2” klubunun üzvü Tamerlan Burcəliyevə isə 3 oyunluq cəza verib.

Buna futbolçunun XXXV turda “Kəpəz-2” ilə oyunun 90+5-ci dəqiqəsində qeyri-etik ifadə və ya hərəkətə yol verməklə meydandan qovulması səbəb olub. Komitə “Zirə-2”ni 200 manat cərimələyib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?