COP29

“Qarabağ” üçün uğurlu adam - Üçüncü dəfə iş başında

22 Fevral 08:40 Araşdırma 659
“Qarabağ” üçün uğurlu adam - Üçüncü dəfə iş başında

Xəbər verdiyimiz kimi, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın “Braqa”ilə keçirləcək cavab oyununa FIFA referisi Georgi Kabakov təyinat alıb.

Sportinfo.az xəbər verir ki, bolqarıstanlı hakim indiyə qədər 4 dəfə Azərbaycan təmsilçilərinin matçını idarə edib.

Bu 4 görüşün hər biri Azərbaycan klublarının səfər matçına təsadüf edib.

Bolqarıstanlı referinin təmsilçimizin matçına ilk təyinatı 2013-cü ildə olub. U-17 millimizin Avropa çempionatının seçmə mərhələsində Rusiyaya səfərdə 0:1 hesabı uduzduğumuz oyunda Kabakov ehtiyat hakim olub.

O, 2019-cu ilin martında Azərbaycanın əsas yığmasının Xorvatiya ilə səfər matçını idarə edib. Zaqrebdə baş tutan AVRO-2020-nin seçmə mərhələ görüşü 1:2 hesablı məğlubiyyətimizlə bitib.

Daha çox millimizin oyunlarını idarə edən referi iki dəfə də “Qarabağ”ın avrokubok görüşündə fit çalıb. Onun idarəçiliyi Ağdam klubu üçün uğurlu olub.

2015/2016 mövsümündə onun idarə etdiyi görüşdə “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Rudar”a Monteneqroda 1:0 hesabı ilə qalib gəlib.

Kabakovun “Qarabağ”la yolu ötən il Avropa Liqasının pley-offunda da kəsişib. Ağdam təmsilçisi Sloveniyada “Olimpiya”nı 2:0 hesabı ilə udaraq qrup mərhələsinə adlayıb. Həmin oyunda Kevin Medina və Leandro Andrade qol vurub, referi Julio Romaoya isə sarı vərəqə göstərib.

Məhz bu oyunlarda idarəsinə görə Azərbaycan üçün yad olmayan 37 yaşlı Georgi Kabakov 2013-cü ildən FIFA referisidir.

Fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Braqa” oyunu saat 21:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?