COP29

Əhali pulu Bakının ən çox hansı rayonunda xərcləyir? - VİDEO

22 Fevral 18:30 Araşdırma 348
Əhali pulu Bakının ən çox hansı rayonunda xərcləyir? - VİDEO

Azərbaycanda 2023-cü ildə pərakəndə ticarət dövriyyəsi 59 milyard manat olub.

Başqa sözlə, ölkədə ötən il əhali ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, həmçinin qeyri-ərzaq məhsullarına 59 milyard manat pul xərcləyib.

İqtisadçı Xalid Kərimli deyib ki, bu xərclərin təxminən 60%-i, yəni 35,6 milyard manatı Bakının payına düşür.

Bakı Şəhər Statistika İdarəsi ən çox pulun xərcləndiyi rayonları da açıqlayıb. Rəqəmlərə əsasən, Baki sakinləri ən çox pulu Nəsimi rayonunda xərcləyiblər. Başqa sözlə, ticarətdən ən çox gəlir bu rayonlarda olub.

Ötən il paytaxt sakinləri ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 20 milyard 695 milyon manat, qeyri-ərzaq məhsullarına isə 14 milyard 877,9 milyon manat vəsait xərcləyib.

Məlumata görə, paytaxda satılmış məhsulların 99,8%-i özəl sektor tərəfindən satılıb.

Ötən il təkcə dekabr ayında Bakıda istehlakçılar pərakəndə ticarətə 6 milyarda yaxın pul xərcləyiblər. Ən aşağı dövriyyə isə aprel ayında qeydə alınıb.

Ətraflı “Xəzər Xəbər”in süjetdə:

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?