COP29

AFFA onun prezidentliyə namizədliyini dəstəklədi

12 Fevral 13:40 Araşdırma 525
AFFA onun prezidentliyə namizədliyini dəstəklədi

UEFA Konqresi qurumun hazırkı rəhbəri Aleksander Çeferinin ilk prezidentlik müddətinin ləğvinə səs verib.

Sportinfo.az xarici mətbuata istinadən xəbər verir ki, sloveniyalı funksioner 2027-ci ildə yenidən bu posta namizədliyini irəli sürə, bununla da ümumilikdə 15 il bu vəzifəni icra edə bilər.

UEFA Konqresinin qərarına yalnız İngiltərə qarşı çıxıb. Norveç, İslandiya və Ukrayna bitərəf mövqe sərgiləyib. AFFA da daxil olmaqla digər milli assosiasiyalar isə qərarı dəstəkləyiblər.

A.Çeferin isə 2027-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonra UEFA prezidentliyinə namizəd olmayacağını açıqlayıb.

Çeferin 2016-cı ilin sentyabr ayından UEFA-ya rəhbərlik edir. O, 2019-cu və 2023-cü illərdə yenidən qurumun prezidenti seçilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?