AFFA-nı gəlib yoxladılar - UEFA-nın sifarişi əsasında

10 Fevral 2024 03:00 Araşdırma 553
AFFA-nı gəlib yoxladılar - UEFA-nın sifarişi əsasında

İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, şirkət tərəfindən AFFA-ya ünvanlanmış məktubda qeyd olunub ki, Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundur.

Bundan əlavə, Klubların Lisenziyalaşdırılması Departamenti 2024/2025 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:50 Çək və bizə göndər!
25 Aprel 10:40 Burada AYAQ SAXLA!