Azərbaycan millisinin sabiq üzvü Mahmud Məmmədov iki illik futboldan kənarlaşdırılıb.
Sportinfo.az xəbər verir ki, prosport.Az-ın xəbərinə görə, əvvəl "Zaqatala”da oynamış futbolçunun cəzalandırılmasına səbəb dopinqdən istifadə etməsidir.
Onun idmanda istifadəsi qadağan edilmiş hormon və metabolik modulyatorlar/meldonium maddəsindən istifadə etdiyi sübuta yetirilib.
Bu səbəbdən Azərbaycan Milli Antidopinq Agentliyi onu 24 aylıq futboldan kənarlaşdırıb.
Gənc futbolçunun cəzası ötən ilin 28 iyunundan hesablandığından, sanksiya müddəti 27 iyun 2024-cü ildə başa çatacaq.
Mahmud Məmmədov 20 yaşadək millimizdə də çıxış edib. O, ötən ilin iyununda Özbəkistan U-20-si ilə Bakıda keçirilmiş yoxlama oyunlarında meydanda olub və 24 nömrəli formanı geyinib.