COP29

sveç millisi yeni baş məşqçi ilə - Qələbə qoxusu gəlir

5 Sentyabr 19:40 Araşdırma 1 491
sveç millisi yeni baş məşqçi ilə - Qələbə qoxusu gəlir

Azərbaycan millisi Millətlər Liqasına yer aldığı C Liqasında start verib.

İlk rəqib tanıtımına ehtiyac duyulmayan İsveç seçməsidir.

Yığmamız ötən ilin payızında məhz bu rəqibini Bakıda 3:0 hesabı ilə məğlub etməyi bacarmışdı. O vaxt bizimkilərin baş məşqçi Canni de Byazi, rəqibin çalışdırıcı Yan Andersson idi.

Axşamkı qarşılaşmada komandaları meydana tam fərqli simalar, daha məşhur adlar çıxaracaq. Millimizin “sükanı” AÇ-2016-nın qalibi Fernando Santuş tapşırılıbsa, skandinavlar futbolçu kimi “Feyenoord”la “Milan”dan xatırladığımız Yon Dal Tomassondur.

Santuş üçün ilk oyundur. Tomasson isə yoldaşlıq görüşlərində iş başında olub. Rəsmi formada onun üçün də ilkdir.

İsveç millisinə bu ilin əvvəlində baş məşqçi təyin olunan danimarkalı mütəxəssis komandasını geridə qalan müddətdə 4 oyuna çıxarıb. Bu oyunların hər biri yoldaşlıq görüşü xarakteri daşıyıb.

İsveç seçməsi bu matçların yalnız 1-də qələbəyə sevinib, digər hallarda meydanı məğlub tərk edib.

Portuqaliya – İsveç 5:2

İsveç – Albaniya 1:0

Danimarka – İsveç 2:1

İsveç – Serbiya 0:3

Göründüyü kimi, güclü rəqiblərlə matçlarda Tomassonun üzü gülməyib. Sözsüz, istədiyi komandanı formalaşdırmaq üçün 6-7 ay yetərli müddət deyil.

Bu, o deməkdir ki, Fernando Santuşlu yığmamızın əlinə çox yaxşı fürsət düşüb. Rəqib Millətlər Liqasına qələbə ilə başlamaq üçün alışıb-yanır. Üstəlik, futbolçular baş məşqçinin etimadını qazanmaq üçün dəridən-qabıqdan çıxır.

Həyəcan, tələskənlik, məsuliyyət – bu və digər amillər xeyrimizə işləyəcək. Mütləq istifadə etmək lazımdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var