“Mənim burada qazanacağım pul kimə lazımdır axı? (gülür)
Kim harada nə qədər qazanırsa, Allah canını sağ eləsin”.
Qazaxıstan “Turan”ında köməkçi-məşqçi kimi fəaliyyətə başlayan Vaqif Cavadov Sportinfo.az-a açıqlamasında yeni iş yerində ona təklif olunan maaşla bağlı açıqlama vermək istəməyib.
Ötənlərin məşhur “7 nömrə”si karyerası boyunca heç vaxt bu məsələ barədə danışmadığını deyib. Eyni zamanda “Turan”ı seçməsində maddiyatın da müəyyən rol oynadığını gizlətməyib:
“İndiyə qədər heç kimin pulunu saymamışam. Ona görə də istəmirəm kimsə mənim pulumu saysın, maaşım haqda danışsın.
Desəm ki, “Turan”ı seçərkən pulu qətiyyən düşünmədim, yalan olar. Mənim də ailəm, övladlarım, xərclərim var.
Amma təklif alanda ilk olaraq baş məşqçi ilə münasibətimi gözlərimin önünə gətirdim. Məni tanıyanlar bilir ki, dostluğu puldan üstün tutan adamam”.
HƏBİB