COP29

Bu qrupda "Qarabağ"dan kasıbı varmı? Büdcələr AÇIQLANDI

1 Sentyabr 13:35 Araşdırma 2 014
Bu qrupda "Qarabağ"dan kasıbı varmı? Büdcələr AÇIQLANDI

Avropa Liqasında mübarizə aparan "Qarabağ" və rəqiblərinin heyətinin ümumi dəyəri bəlli olub.

Sportinfo.az xəbər verir ki, Avropa Liqasının liqa mərhələsində mübarizə aparan və heyətinin dəyəri 770 milyon avro olan "Tottenhem" klubu siyahıya başçılıq edir.

İkinci sırada 256 milyon avro ilə "Lion" klubu qərarlaşıb. Heyətinin dəyəri 241 milyon avro olan "Ayaks" üçüncüdür.

2023/24 mövsümündə UEFA Konfrans Liqasının çempionu olan "Olimpiakos"un heyətinin dəyəri 89 milyon avrodur. "Bodo-Qlimt" 37 milyon avro, FCSB 35 milyon avroluq heyətə sahibidir.

"Malmö"nün heyətinin dəyəri 33 milyon, "Qarabağ"ın heyətinin dəyəri 18 milyon avrodur.

Siyahıda sonuncu pillədə yerləşən "Elfsborq"un heyətinin ümumi dəyəri isə 17 milyon avrodur.

Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM