COP29

"Teleqram" məşhur funksiyanı ləğv edib?

1 Sentyabr 07:00 Araşdırma 559
"Teleqram" məşhur funksiyanı ləğv edib?

Teleqramdakı “Yaxınlıqdakı insanlar” funksiyası fəaliyyətini dayandırıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Teleqram isə dəyişiklikləri hələ şərh etməyib. Agentlik bildirir ki, bu hal messencerin yaradıcısı Pavel Durovun Fransada saxlanılması fonunda baş verib.

Funksiya yaxınlıqdakı istifadəçilərlə tez əlaqə saxlamaq və ya yeni dostlar tapmaq üçün nəzərdə tutulub.

P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 16:30 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM