COP29

“Neftçi”ni sevindirdi, bu dəfə başqa tapşırıq üçün gəldi

5 Sentyabr 19:00 Araşdırma 1 010
“Neftçi”ni sevindirdi, bu dəfə başqa tapşırıq üçün gəldi

Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Millətlər Liqasının I turunun oyununun təyinatları müəyyənləşib.

Görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balaş Berkeyə Ventsel Tot və Balaş Sert kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Saba Pinter yerinə yetirəcək.

40 yaşlı ədalət təmsilçisi 2011-ci ildən Macarıstanın yüksək liqa oyunlarını idarə etsə də, beynəlxalq matçlarda baş hakim qismində 2019-cu ildən görünməyə başlayıb.

O, bu müddətdə ölkəmizə iki dəfə səfər edib.

İlk gəlişində dördüncü hakim funksiyasını yerinə yetirib. “Liv Bona Dea Arena”da 21 yaşa qədər futbolçulardan ibarət Azərbaycan – İrlandiya qarşılaşmasında Berke “dördüncü” olub.

Bizimkilərin 1:3 hesabı ilə uduzduğu dueldə hazırkı yığma üzvlərindən yalnız Bəhlul Mustafazadə yer alıb. Ozan Can Kökçü isə 67-ci dəqiqədə mübarizəyə qoşulub.

Macar hakimin növbəti, yəni sonuncu Bakı səfəri ötən ilin yayına təsadüf edib.

Avqustun 3-də Konfrans Liqası çərçivəsində “Neftçi Arena”da keçirilən “Neftçi” – “Jelezniçar” oyununu Balaş idarə edib.

Referi bu görüşdə futbolçulara 7 sarı vərəqə göstərib ki, 3-ü bizimkilərin, 4-ü rəqib oyunçuların payına düşüb. 90 dəqiqənin tamamında “ağ-qaralar” bosniyalıları 2:0 hesabı ilə məğlub edib.

Həmin oyunda hazırkı milli üzvlərindən yalnız Emin Mahmudov Berkenin fit çaldığı qarşılaşmada iştirak edir.

Bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 04:40 Bakıya böyük axın var