COP29

Alimlər yaşlı insanların sağlamlığının pisləşməsinin səbəbini tapdı

27 İyul 07:50 Araşdırma 1 894
Alimlər yaşlı insanların sağlamlığının pisləşməsinin səbəbini tapdı

Tszinan Universiteti və Con Hopkins Universitetinin alimləri müəyyən ediblər ki, yaşlı insanların infeksiyalara qarşı həssaslığının əsasında immunitetə görə cavabdeh olan T-hüceyrələrinin fəaliyyətinin pisləşməsi dayanır.

Araşdırmanın nəticələri "Aging Research" jurnalında dərc olunub.

Tədqiqat insanın immun funksiyasının təmin edilməsində T-hüceyrələrin (T-limfositlərin) rolu haqqında əvvəllər dərc edilmiş elmi araşdırmaların icmalıdır.

Alimlər yaşlandıqca T-hüceyrələrin yetişməsi üçün lazım olan timusun və ya çəngələbənzər vəzinin dəyişikliklərə məruz qaldığını bildiriblər.

Bu, yaşlılarda antigenlərə qarşı immun reaksiyanın azalmasına, infeksiyalara və xərçəngə qarşı həssaslığın artmasına səbəb olur.

Bundan əlavə, timusun "qocalması" immunoloji yaddaşa - immun sisteminin orqanizmin əvvəllər qarşılaşdığı bir antigeni tez və məqsədyönlü şəkildə tanımaq qabiliyyətinə mənfi təsir göstərir.

Tədqiqatçıların fikrincə, yaşlı insanların immunitetini "cavanlaşdıran" yeni üsulların öyrənilməsi üçün timusda immun hüceyrələrinin yetişməsi və differensasiyası mexanizmlərini başa düşmək çox vacibdir.

Alimlər T-hüceyrələrin bərpasını təşviq edən dərmanların hazırlanmasının nəinki yaşa bağlı xəstəliklərdən qoruya biləcəyini, həm də ömrün uzunluğunu artıra biləcəyini irəli sürüblər.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?