COP29

AFFA milli üçün tikdiyi məkanı təmirə bağlayacaq?

18 Avqust 01:50 Araşdırma 1 453
AFFA milli üçün tikdiyi məkanı təmirə bağlayacaq?

Azərbaycan millisi, "Zirə", "Araz Naxçıvan" və "Neftçi" klublarının bəzi ev oyunlarını keçirdikləri "Dalğa Arena"nın təmir edilməmə səbəbi bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu barədə oxu.az-a açıqlama verən AFFA-nın Mətbuat Xidmətinin rəisi Elnur Məmmədli stadionda hazırda təmir işlərinin aparılmasının mümkün olmadığını deyib.

"Yay aylarında havaların isti keçməsi ilə əlaqədar bəzi stadionların ot örtüyündə müəyyən problemlər yaranır. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, "Dalğa Arena"da yüklənmə çoxdur.

Bildiyiniz kimi, "Zirə" avrokubokun ev oyunlarını bu arenada keçirir. Bundan başqa, "Araz Naxçıvan" Premyer Liqada rəqiblərini bu stadionda qəbul edir.

"Neftçi Arena"nın ot örtüyündə problemlər yarandığından "Neftçi"nin də bəzi ev oyunlarının "Dalğa Arena"da keçirməsi nəzərdə tutulub. Bir sözlə, stadionda qrafik çox sıxdır.

Buna görə hazırda stadionun ot örtüyünün ideal vəziyyətə gətirmək üçün təmirə dayanması mümkün deyil", - deyə E.Məmmədli bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…