COP29

AFFA "Neftçi"ni cərimələdi, “Kəpəz”ə xəbərdarlıq etdi

16 Avqust 03:50 Araşdırma 1 036
AFFA "Neftçi"ni cərimələdi, “Kəpəz”ə xəbərdarlıq etdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

9 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Qarabağ” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

9 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Qarabağ” – “Kəpəz” oyununun 78-ci dəqiqəsində “Kəpəz” klubunun 8 nömrəli futbolçusu Elmir Tağıyev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 36.5);

9 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Qarabağ” – “Kəpəz” oyununun 89-cu dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

10 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Araz-Naxçıvan” – “Şamaxı” oyununda hesab tablosu işləmədiyinə görə “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 99);

11 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Səbail” – “Neftçi” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);

11 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra stadionda “Neftçi” klubunun azarkeşləri tərəfindən iğtişaş törədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 51.5);

11 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Səbail” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun 99 nömrəli futbolçusu Ervin Koffi azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanır, “Neftçi” klubu 2000 manat cərimə edilir (maddə 40.4);

12 avqust 2024-cü il tarixində Premyer Liqanın II turunun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” klubu 700 manat cərimə edilir (maddə 37);

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…