COP29

Gözlənilən hava ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ

15 Avqust 08:00 Araşdırma 679
Gözlənilən hava ilə bağlı əhaliyə ÇAĞIRIŞ EDİLDİ

Gözlənilən hava şəraiti ilə bağlı əhaliyə çağırış edilib.

Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib ki, fəsadlardan qorunmaq üçün əhali hava haqqında verilən xəbərdarlıqları və hava proznozlarını diqqətlə izləməlidir.

“Respublikanın bəzi ərazilərində avqustun 15-dən 17-si gündüzədək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi və sarı xəbərdarlığa uyğun olaraq külək əsəcəyi proqnozlaşdırılır.

Gözlənilən intensiv yağıntılarla bağlı çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, həmçinin Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından ısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Bu səbəbdən vətəndaşlarımızı daha diqqətli və ehtiyatlı davranmağa çağırırıq. Unutmayaq ki, ehtiyatlı davranmaq hər birimizin sağlamlığı və təhlükəsizliyi üçün vacibdir!”, - Xidmət rəsmisi əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…