COP29

Demiralın “bozqurd” işarəsinə reaksiya verdi - Rəsmi Ankara

5 İyul 01:30 Araşdırma 969
Demiralın “bozqurd” işarəsinə reaksiya verdi - Rəsmi Ankara

Xəbər verdiyimiz kimi, UEFA AÇ-2024-ün 1/8 final mərhələsi çərçivəsində keçirilən Türkiyə-Avstriya matçında “bozqurd” işarəsi göstərən Merih Demirala qarşı intizam işi açıb.

Sportinfo.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq futbolçuya qarşı bu davranışın qəbuledilməz olduğunu bildirib:

“Almaniya Federal Konstitusiyanın Müdafiəsi Təşkilatının 2023-cü ilin sentyabrında dərc etdiyi hesabatda vurğulanır ki, “bozqurd” işarəsini edən hər kəs ifrat sağçı ekstremist kimi təsvir edilə bilməz və “bozqurd” işarəsi Almaniyada qadağan olunmuş simvol deyil.

Dəmirala alman səlahiyyətliləri tərəfindən göstərilən reaksiyalar özlərində xarici düşmənçilik ehtiva edir.

Biz qol sevincinin qeyd edilməsi zamanı tarixi və mədəni simvoldan heç kimi hədəf almayan şəkildə istifadə edilməsinə qarşı siyasi motivli reaksiyaları pisləyirik”.

Almaniyanın daxili işlər naziri Nensi Faeser AÇ-nin Türkiyə və Avstriya matçında Merih Dəmiralın qol sevincini qeyd etməsini hədəf alaraq UEFA-dan sanksiya tələb etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 18:10 Çək və bizə göndər!
4 Oktyabr 11:00 Bir bax ki…TƏKLİF!
4 Oktyabr 10:00 Milliyə çağırılmayacaq