COP29

Bazar ertəsindən bu avtobusların istiqaməti dəyişdirilir - Sərnişinlərin nəzərinə!

3 Noyabr 07:10 Araşdırma 936
Bazar ertəsindən bu avtobusların istiqaməti dəyişdirilir - Sərnişinlərin nəzərinə!

COP29 əməliyyatlarının həyata keçirilməsi ilə bağlı 4 noyabrdan 10 noyabradək “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi (Atletlər kəndi tərəf), Bakı Olimpiya Stadionu və ətraf ərazilər üzrə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bildirilib ki, bununla əlaqədar olaraq “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə (“Koroğlu” NMM) daxil olan 31 sayda müntəzəm marşrutun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək.

Həmçinin E1 nömrəli marşrutun fəaliyyəti müvəqqəti olaraq dayandırılacaq. Marşrutların son dayanacaqları müəyyən edilmiş digər ərazilər üzrə təyin ediləcək.

Marşrutlar üzrə edilən dəyişikliklər:

- 1 nömrəli marşrut “28 May” metrostansiyası istiqamətində “Koroğlu” NMM-ə daxil olmadan Heydər Əliyev prospekti kənar hərəkət hissəsində mövcud dayanacaqda (“Koroğlu” metrostansiyası, Atletlər kəndi tərəf) dayanmaqla fəaliyyət göstərəcək;

- 24 nömrəli marşrut "Nəriman Nərimanov" metrostansiyası istiqamətində Ziya Bünyadov prospektində (Yerüstü piyada keçidi), Qaraçuxur qəsəbəsi istiqamətində isə "Koroğlu" NMM (“Piramida” tərəf) dayanacağa daxil olmaqla fəaliyyət göstərəcək;

- 93 nömrəli marşrut “Koroğlu” NMM-ə daxil olmadan fəaliyyət göstərəcək;

- 163, 60 və 13 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Koroğlu” NMM (“Piramida”tərəf) təyin edilmişdir;

- 184 nömrəli marşrut “Ulduz” metrostansiyası və Suraxanı qəsəbəsi istiqamətində “Koroğlu” metrostansiyasında yerləşən dayanacağa daxil olmadan fəaliyyət göstərəcək;

Digər Xəbərlər
Xəbər Lenti
5 Noyabr 03:50 Növbəti təyinat aldı
5 Noyabr 03:20 Orada bir bizimki var...