COP29

Azərbaycanın kamandan oxatan qızı mübarizəni 1/16 finalda dayandırdı - FOTOLAR

31 İyul 00:50 Araşdırma 722
Azərbaycanın kamandan oxatan qızı mübarizəni 1/16 finalda dayandırdı - FOTOLAR

Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti sınağına çıxıb.

Sportinfo.az xəbər verir ki, təmsilçimiz öncə 1/32 finalda çinli An Qixuanla görüşüb.

Mübarizə Y.Ramazanovanın üstünlüyü ilə başa çatıb - 6:5.

Yaylagül Ramazanova sıralama turunda 647 xalla 39-cu yeri tutmuşdu.

Bu nəticənin ardından idmançımız 1/16 finala yüksəlib. Onun bu raunddakı rəqibi almaniyalı Mişel Kroppen olub.

Mübarizə Y.Ramazanovanın məğlubiyyəti ilə başa çatıb - 2:6.

Digər Xəbərlər
Xəbər Lenti