Premyer Liqada dövrənin sonuncu turu 8 nəfərin üzünə bağlandı - Adlara baxın!

14 Mart 19:00 Araşdırma 774
Premyer Liqada dövrənin sonuncu turu 8 nəfərin üzünə bağlandı - Adlara baxın!

Premyer Liqanın üçüncü dövrəsinin sonuncu turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

27-ci futbol həftəsində səkkiz futbolçu meydana çıxmayacaq. Hər biri komandasının vacib fiquru hesab olunur.

Əsas zərbə “Qarabağ”a dəyib. “Köhlən atlar” “Kəpəz”lə səfər qarşılaşmasında birdən-birə üç futbolçunun xidmətindən yararlana bilməyəcək – Marko Yankoviç, Musa Qurbanlı və Elvin Cəfərquliyev.

Digər beş nəfər “Araz-Naxçıvan”dan Felipe Santos, “Neftçi”dən Höccət Haqverdi, “Turan Tovuz”dan Emmanuel Hakman, “Sumqayıt”dan Miloş Miloviç, “Səbail”dən Süleyman Alluşdur.

Adları çəkilənlər sarı vərəqə limitini doldurduqları və ötən turda qırmızı vərəqə aldıqları üçün cəzalı duruma düşüblər.

Martın 14-də “Araz-Naxçıvan” – “Şamaxı”, ertəsi “Kəpəz” – “Qarabağ”, “Sabah” – “Zirə”, martın 16-da “Səbail” – “Neftçi”, “Turan Tovuz” – “Sumqayıt” görüşləri baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Mart 12:40 Qara Qarayev oynayacaq?
14 Mart 11:00 Gördüzmi bunu?
14 Mart 10:40 4 qol - VİDEO