COP29

"Ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub”

23 İyul 08:20 Araşdırma 5 158
"Ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub”

“2024-cü ilin iyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, iyul ayının ötən dövründə havanın temperaturunun normadan yüksək olduğuna baxmayaraq, çoxillik məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib.

“Ayrı-ayrı günlərdə hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, şimşək çaxıb. Bölgələrdə 6-9 gün, Abşeron yarımadasında isə 4 gün yağıntılı keçib.

Əksər bölgələrdə yağıntının miqdarı norma daxilində olub. İyul ayının ötən dövründə bölgələrdə şərq istiqamətli küləklər üstünlük təşkil edib”.

N.Mahmudovun sözlərinə görə, ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib, bəzi günlərdə küləyin sürəti 15 m/s-dən çox olub.

Qeyd edək ki, gözlənilən küləkli hava şəraiti ilə bağlı öncədən əhaliyə, aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?