(Dortmund) “Borussiya” baş məşqçisi Edin Terziçlə yollarını ayırıb.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Almaniyalı çalışdırıcı 2010-cu ildən “Borussiya”da müxtəlif vəzifələrdə çalışıb. O, 2022-ci ildə dortmundluların baş məşqçisi vəzifəsinə təyin olunub.
Komanda onun rəhbərliyi altında 2023/24 mövsümündə Çempionlar Liqasının finalına yüksəlib.