“Bavariya” qapıçısı Manuel Noyerlə yeni müqavilə imzalayacaq. “
Sportinfo.az xəbər verir ki, məlumatı Almaniya klubunun idman direktoru Maks Eberl təsdiqləyib.
38 yaşlı qapıçı ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanacaq.
Manuel Noyer “Bavariya”ya 2011-ci ildən “Şalke”dən transfer olunub. O, hazırda ilin sonuna qədər zədə səbəbindən sıradan çıxıb.