“Bayern”in müdafiəçisi Alfonso Deyvisin maraqlarını təmsil edən agenti Nedal Huose müştərisinin “Real”a keçəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sportinfo.az “sport.es”-ə istinadən xəbər verir ki, kanadalı futbolçunun agenti bunun yalan olduğunu deyib:
“Bu, yalandır. Deyvisin bir çox variantı var, lakin biz hələ heç kimlə razılaşmamışıq.
“Bayern”lə yeni müqavilə? Bu, mümkün variantlardan biridir”.
Deyvisin Münhen klubu ilə hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq. O, cari mövsümdə “Bayern”in heyətində 15 oyun keçirib, 3 məhsuldar ötürmə edib.