COP29

Məşhur futbolçunun atı olimpiya çempionu oldu - VİDEO

8 Avqust 01:30 Almaniya 803
Məşhur futbolçunun atı olimpiya çempionu oldu - VİDEO

Alman idmançı Kristian Kukuk 2024-cü il Olimpiya Oyunlarında fərdi konkurda (atla maneələri dəfetmə üzrə yarış-red.) qızıl medal qazanıb.

Sportinfo.az xəbər verir ki, bu nailiyyəti əldə etmək üçün Kukuka əfsanəvi alman futbolçusu Tomas Müllerin sahibi olduğu "Çeker" adlı atı yardım edib.

"Bavariya"nın yarımmüdafiəçisi həyat yoldaşı Liza ilə uzun müddətdir ki, atçılıq biznesi ilə məşğuldur. Kukuk qələbədən sonra Almaniya millisinin oyunçusuna təşəkkür edib:

"Mənə atı sürməyə davam etmək və bir gün onun satılmayacağına əmin olmaq imkanı verdilər. Buna görə inanılmaz dərəcədə minnətdaram və bu gün onların etimadını qaytara bildim.

Çox emosionalam, qürur duyuram, xoşbəxtəm ki, bu gün qızıl medal qazanmışam".

Tomas Müller Kukuku təbrik edib və alman idmançının qələbəsini canlı izlədiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…