Azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" yeni baş məşqçisini təqdim edib.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Berlin təmsilçisi 56 yaşlı Andreas Herafa tapşırılıb.
Əlavə edək ki, Dadaşovun “Dinamo” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədər qüvvədədir.