
Joao Palinya mövsümün sonunda “Bayern”i tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Münhen klubu komandada özünü göstərə bilməyən portuqaliyalı yarımmüdafiəçi ilə yollarını ayırmaq qərarına gəlib.
“Bayern” Palinyanı yenidən onun əvvəlki klubu olan “Fulhem”ə satmağa hazırdır. 29 yaşlı futbolçu ötən ilin yayında Almaniya klubuna keçmişdi. Transferin məbləği 51 milyon avro idi.
Palinya cari mövsümdə Bundesliqada 15 oyun keçirib, ancaq heç bir qol və məhsuldar ötürmə ilə yadda qalmayıb.