“Qərarım ani oldu və müqaviləmin müddətini uzatmamaq, burada qalmamaq istədim"

00:10 Almaniya 113
“Qərarım ani oldu və müqaviləmin müddətini uzatmamaq, burada qalmamaq istədim"

Leverkuzen “Bayer”inin müdafiəçisi Conatan Ta cari mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Sportinfo.az “Kicker”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu qərarının ani olduğunu bildirib:

“Qərarım ani oldu və müqaviləmin müddətini uzatmamaq, burada qalmamaq istədim. Bu barədə açıq danışdım. Klub da bunu bilir”.

29 yaşlı futbolçunun Leverkuzen klubu ilə müqaviləsinin müddəti bu ilin iyununun sonunda başa çatacaq.

Ta 2015-ci ildən “Bayer”də çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 18:10 Çək və bizə göndər!
21 Aprel 11:00 Sənin də payın olsun!