Premyer Liqadan 2 klubun maraq dairəsindədir - “Leyptsiq”in yarımmüdafiəçisi

15:20 Almaniya 100
Premyer Liqadan 2 klubun maraq dairəsindədir - “Leyptsiq”in yarımmüdafiəçisi

“Leyptsiq”in yarımmüdafiəçisi Xavi Simons İngiltərə Premyer Liqasına keçmək üçün seçimlərə sahibdir.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, niderlandlı futbolçunun transferində “Mançester Yunayted” və “Liverpul” maraqlıdır.

Almaniya klubu da öz növbəsində, Simons üçün təxminən 80 milyon avro ödənəcəyi təqdirdə, onunla ayrılmağa hazırdır.

21 yaşlı oyunçu bu mövsüm “Leyptsiq”in heyətində 29 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə verib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti